- Hadisə
- 7 Aprel 21:41
- 927
Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib - FOTO

Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.
Aznews.az xəbər verir ki, balıqçı, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.
Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.



