- Hadisə
- 12 Aprel 10:46
- 2 033
Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 06:10 radələrində baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Report"un sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb.
Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.