- Hadisə
- 19:12
- 894
Çaşır yığan 72 yaşlı kişi dağdan yıxılaraq ölüb

Şamaxıda kişi dağdan yıxılaraq ölüb.
Aznews.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Xəlilov Sabir Səfər oğlu dağda çaşır yığan zaman yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.