- Hadisə
- 27 Aprel 18:25
- 2 019
Külək Böyük Şor bulvarında attraksionu aşırıb

Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.
Aznews.az xəbər verir ki, TƏBİB-dən verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.
0
Reklamınızı SmartBee ilə effektiv edin.
