Ermənistan hava limanına bombanı kim "qoyub"?

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.

Daha sonra yayılan xəbərdə Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumatın yalan çıxdığı bildirilib. “Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda vurğulanıb.