Paşinyan amerikalı konqresmenlərlə normallaşma prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ konqresmenləri ilə görüşündə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesindən danışıb.

Aznews.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.

O, həmçinin Vaşinqtonun Ermənistanda demokratik islahatlara dəstəyinin effektivliyinə diqqət çəkib.

Bundan başqa, görüşdə Ermənistan hökumətinin ölkədə korrupsiyaya qarşı tədbirləri müzakirə olunub.

Qeyd edək ki, ABŞ-dən olan konqresmenlər İrəvanda səfərdədir.