Ermənistanın sabiq müdafiə naziri David Tonoyan azadlığa buraxılıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Yerevan-Kentron istintaq təcridxanasını tərk edib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bir müddət öncə məhkəmə keçmiş nazirin 37,5 min dollar girov müqabilində həbsdən azad edilməsinə dair qərar verib.

O, 2021-ci ilin sentyabrından həbsdə olub.

Xatırladaq ki, David Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrında həbs edilib.