Evinin balkonundan Paşinyana alma atan 71 yaşlı kişi tutulub

İrəvanda 71 yaşlı kişi evinin balkonundan Ermənistanın Baş nazir Nikol Paşinyana alma atıb.

Aznews.az xəbər verir ki, Paşinyan velosipedlə Sevan şəhərinə hərəkət edən zaman İrəvanın Kanaker-Zeytun rayonunun sakinlərindən biri 9-cu mərtəbədə yerləşən evinin balkonundan ona alma tullayıb.

Almanın Paşinyana dəyib-dəymədiyi bilinməsə də, əməli törədən 71 yaşlı sakinin kimliyi müəyyən edilib və o, saxlanılıb.

İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırıb.

Araşdırma gedir.