- Ermənistan və Gürcüstan
- 9 Sentyabr 2024 17:42
- 7 071
Avropa Komissiyasının vitse-prezidenti İrəvana niyə gəlib?
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Ermənistana gəlib. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos özünün X mikrobloqunda bildirib.
AzNews.az xəbər verir ki, o, səfərinin məqsədinin Baş nazir Nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşərək Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını gücləndirmək və viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq" olduğunu vurğulayıb.
Aİ rəsmiləri qeyd edir ki, viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması - baş nazirin müavini Mher Qriqoryan ilə siyasi səviyyədə - Aİ və onun üzv dövlətləri ilə Ermənistan arasında onsuz da güclü tərəfdaşlığı dərinləşdirmək əzminə dair güclü siqnaldır:
"Bu dialoqun məqsədi Ermənistan hakimiyyəti səyahət sənədlərinin təhlükəsizliyi, sərhəd, miqrasiya və sığınacaq idarəçiliyi, ictimai asayiş və təhlükəsizlik kimi əsas sahələrdə əhəmiyyətli islahatlar həyata keçirdikdən sonra Ermənistan vətəndaşları üçün viza tələblərini ləğv etməkdir".
"Digər üçüncü ölkələrlə təcrübənin göstərdiyi kimi, Ermənistanla bu dialoq islahatların gedişatını izləmək baxımından çoxillik bir proses olacaq"- deyə İrəvanda yayımlanan News.am yazır.
Vitse-prezident səfəri zamanı İrəvan Dövlət Universitetində tələbələrlə son vaxtlar Aİ-Ermənistan münasibətlərində əldə olunan əhəmiyyətli irəliləyişlər və onların ümumi dəyərlər əsasında daha da dərinləşdirilməsi perspektivləri barədə də müzakirələr aparacaq.
AzNews.az