ABŞ-dan Ermənistana qrant yardımı: iki dəfədən çox artıb

ABŞ Ermənistana yardımını davam etdirir.

Ermənistan hökumətindən verilən yazılı açıqlamaya görə, baş nazirin müavini Mher Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Allelo tərəfindən imzalanan sənədlə qrant məbləği 250 milyon dollara çatdırılıb və birgə əməkdaşlıq layihə sahələri genişləndirilib.

USAİD və Ermənistan arasında qrant sazişinə edilən dəyişikliklə 250 milyon dollara qədər artırılan qrant yardımı fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik islahatlar və iqtisadi kimi əsas sahələri əhatə edəcək.

"Bu dəyişiklik Ermənistanla tərəfdaşlığımıza sadiqliyimizi nümayiş etdirir. Dəstəyimizi artırmaq və proqramlarımızı genişləndirməklə biz Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik", - Allelo bildirib.

Mövsüm

AzNews.az