Ermənistan KTMT-ni ölkənin suverenliyinə təhlükə elan edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurub, çünki bu struktur dövlətin suverenliyinə təhlükə yaradıb.

Bu barədə Ermənistanın II Qlobal Sammitində baş nazir Nikol Paşinyan bildirib.

Siyasətçinin fikrincə, təşkilat respublikanın suallarına cavab vermədiyi üçün Ermənistan KTMT ilə münasibətlərdə “geri dönüşü olmayan nöqtəyə mümkün qədər yaxınlaşıb”.

“Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmuşuq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir, həm də KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”, - Paşinyan deyib.

Mövsüm

AzNews.az