"Ermənistanın hərbi sənayesinə ayrılan vəsaitin həcmi 100 dəfə artıb" - Armen Qriqoryan

Son 4 ildə Ermənistanın hərbi sənayesinə ayrılan vəsaitin həcmi 100 dəfə artıb.

AzNews. az xəbər verir ki, bu barədə sentyabrın 18-də İkinci Qlobal Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Əgər 2020-ci ildə hərbi sənaye üçün büdcə, yəni sifariş "X" məbləğində idisə, son 4 ildə bu məbləğ 100 dəfə artıb”, - Qriqoryan bildirib.

"Təsəvvür edirsinizmi, hərbi sənayedən gələn sifarişlərin həcmi nə qədər artıb?" – Qriqoryan deyib.

“Əvvəlki problemlərin əksəriyyəti qalır. Ancaq dediyim kimi, bizim strateji məqsədimiz Ermənistanın hərbi-texniki ehtiyaclarının 25-30%-nin ən qısa müddətdə yerli sənaye hesabına ödənilməsini təmin etməkdir.

Bu rəqəm özü ilə çoxlu problemlər gətirdi, lakin mən əminəm ki, özəl sektor və hərbi sənaye bu həcmi həzm edə və Ermənistanın təhlükəsizlik arxitekturasının qurulmasına xidmət göstərməyə davam edəcək”, - deyə ER Təhlükəsizlik Şurasının katibi bildirib.

AzNews.az