Ermənistanda dövlət çevrilişinə cəhd olunub

Ermənistanda dövlət çevrilişinə cəhd...

İrəvanda Nikol Paşinyanın hakimiyyətinə son qoymağı planlaşdıran çevriliş cəhdinin qarşısı alınıb.

Ermənistan İstintaq Komitəsinin yazılı açıqlamasına görə, hakimiyyəti qanunsuz olaraq ələ keçirməyə hazırlaşdıqları şübhəsi ilə 7 nəfər barəsində istintaq başladılıb.

Araşdırmalar nəticəsində həmin şəxslərin qanunsuz qruplaşma yaradaraq hakimiyyəti zorla ələ keçirmək və bu məqsədlə zorakılıq və hədə-qorxu ilə Ermənistan Respublikası hökumətinin səlahiyyətlərini ələ keçirmək üçün hazırlıq gördüyü müəyyən edilib.

Müəyyən edilib ki, bu şəxslər əvvəlcədən razılaşma yolu ilə hakimiyyəti ələ keçirmək məqsədilə Rusiyada üç aylıq təlim keçmək üçün aylıq 220 min rus rublu (təxminən 2 min 350 dollar) maaş verilib.

Bildirilib ki, dövlət çevrilişinə hazırlıq keçənlərə ağır silahlardan istifadə qaydaları öyrədilib, daha sonra Ermənistana qayıtdıqdan sonra əməliyyatlarda iştirak etmək və başqalarına təlim keçmək üçün məlumat verilib.

Mövsüm

AzNews.az