- Ermənistan və Gürcüstan
- 8 Oktyabr 21:42
- 3 810
Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.
“Report” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.
Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.