Sahibsiz itlər Paşinyana hücum çəkiblər - İrəvan mediası

Emənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Şirak rayonuna səfər edib. O, regionda 2023-cü ildən həyata keçirilən və icra mərhələsində olan proqramlarla tanış olub.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu səhər Paşinyan Gümrü küçələrində velosiped sürdüyünü əks etdirən video yayımlayıb.

Məhəllə sakinlərindən biri İrəvandan yayımlanan Hraparak.am-a bildirib ki, indi bütün Gümrü Paşinyan velosiped sürərkən onun və mühafizəçilərinin bir sürü sahibsiz itin hücumuna məruz qalmasından danışır: "Onlar çaxnaşma içində qaçdılar".

AzNews.az