- Ermənistan və Gürcüstan
- 21 Oktyabr 2024 19:43
- 5 116
Ermənistanın indi BRİKS-ə üzv olmaq planları yoxdur – baş nazirin müavini
Ermənistan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək, lakin Yerevan hazırda assosiasiyaya üzv olmaq imkanını müzakirə etmir.
Bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan ölkə parlamentində bildirib.
O, jurnalistin Ermənistanın BRİKS-ə üzvlük üçün müraciət etməsinin mümkünlüyü ilə bağlı sualına “Xeyr, indiki mərhələdə deyil” deyə cavab verib.
Bundan əvvəl Ermənistanın Nazirlər Kabineti baş nazir Nikol Paşinyanın BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.
Mövsüm
AzNews.az