Papuaşvili: bütün əlamətlər çevriliş hazırlığına işarə edir

Bütün əlamətlər Gürcüstanda dövlət çevrilişi hazırlayan bir qrup adamın olduğunu göstərir.

Bu barədə keçirilən brifinqdə ölkə parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

Eyni zamanda, respublikada heç bir inqilaba yol verilə bilməyəcəyini vurğulayıb.

IPN.ge portalı spikerdən sitat gətirir: "İnqilab ola bilməz və onu romantikləşdirmək olmaz".

Siyasətçinin sözlərinə görə, çevriliş seçkinin nəticələri ilə bağlı yanlış hesabatlar hazırlamalı olan qeyri-hökumət təşkilatlarının (QHT) köməyi ilə hazırlanır. Beləliklə, saxtakarlıqlar yayılacaq ki, bu da çevriliş üçün bəhanə yaradacaq.

Mövsüm

Aznews.az