Zurabişvili: “Gürcü arzusu” qalib gəlsə, yəqin ki, impiçment elan olunacam

Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu” partiyası qalib gələrsə, hazırkı prezident impiçment oluna bilər.

Bu barədə ölkə prezidenti Salome Zurabişvili keçirdiyi mətbuat konfransında məlumat verib.

Jurnalistlərin “Gürcü Arzusu” partiyasının qarşıdan gələn seçkilərdə mümkün qələbəsi ilə bağlı sualını cavablandıran siyasətçi bildirib ki, belə bir halda onun həbsxanaya göndəriləcəyi ehtimalı var.

"Əgər bu baş verərsə, yəqin ki, məni impiçment elan edəcəklər və həbs edəcəklər",- deyə Zurabişvili qeyd edib.

Mövsüm

Aznews.az