İsveç hakimiyyəti Gürcüstanla birbaşa əməkdaşlığa son verdiyini açıqlayıb

İsveç Gürcüstanla birbaşa əməkdaşlığı dayandıracaq.

Bu barədə İsveçin İnkişaf, Əməkdaşlıq və Xarici Ticarət Nazirliyinin rəhbəri Benjamin Dusa “ Dagens Nyheter” qəzetinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv olmaqdan uzaqlaşdığı bir şəraitdə Tbilisi ilə Stokholm arasında birbaşa qarşılıqlı əlaqə mümkün deyil. “Buraya vergi orqanları arasında əməkdaşlıq daxildir, biz inanırıq ki, bu, mövcud şəraitdə uyğun deyil”.

Eyni zamanda, siyasətçi vurğulayıb ki, onun nəzarətində olan departament Gürcüstan Aİ ölkələrinə münasibətdə xarici siyasət kursunu dəyişmək qərarına gələrsə, Gürcüstanla tərəfdaşlığı bərpa etməyə hazırdır.

Mövsüm

AzNews.az