Kobaxidze: Seçkilər tamamilə ədalətli keçdi

Gürcüstanda seçkilər ədalətli keçdi.

Bu bəyanatla baş nazir İrakli Kobaxidze çıxış edib.

“Seçkilər tamamilə ədalətli, azad, rəqabətli və təmiz keçdi. Açıqlıqla bağlı heç bir problem yoxdur. Hər kəs hər şeyi iki dəfə yoxlaya bilər”,- deyə Kobaxidze qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstan prokurorluğunun parlament seçkilərində mümkün saxtakarlıqları araşdırmağa başladığı barədə məlumat yayılıb. Ölkə prezidenti Salome Zurabişvilinin dindirilməyə çağırıldığı bildirilib.

Mövsüm

AzNews.az