Ermənistan XİN: Sülh sazişi üzrə təkliflər paketini Azərbaycan tərəfinə göndərmişik

Ermənistan sülh sazişinin tam olaraq razılaşdırılması üçün təkliflər paketini Azərbaycana göndərib.

Bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

"Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik", - o qeyd edib. (report)