- Ermənistan və Gürcüstan
- 2 Dekabr 2024 09:02
- 3 883
Bu gecə Tbilisidəki etirazlarda 21 polis yaralanıb

Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.
DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.
AzNews.az