- Ermənistan və Gürcüstan
- 2 Dekabr 2024 13:44
- 3 607
Tbilisidə etiraz aksiyaları zamanı müxalifət liderlərindən biri Caparidze saxlanılıb

Hüquq-mühafizə orqanları Tbilisidə keçirilən etiraz aksiyaları zamanı müxalifətin “Girçi - Daha Azadlıq” koalisiyasının liderlərindən biri Zurab Caparidzeni saxlayıb.
Bu barədə "Tabula" məlumat yayıb.
Bildirilib ki, siyasətçi və digər etirazçılar Çavçavadze prospektini zibil qabları ilə bağladıqdan sonra saxlanılıb.
Daxili İşlər Nazirliyi hələlik onun saxlanılması ilə bağlı rəsmi açıqlama verməyib.
Mövsüm
AzNews.az