- Ermənistan və Gürcüstan
- 3 Dekabr 2024 08:35
- 4 949
Gürcüstanın daha bir səfiri istefa verdi

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.
APA xəbər verir ki, bu haqda o öz “X” hesabında məlumat verib.
“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!”, - deyə o bildirib.
Qeyd edək ki, Maisuradze ölkənin istefa verən altıncı diplomatı olub
AzNews.az