- Ermənistan və Gürcüstan
- 3 Dekabr 17:05
- 3 112
Gürcüstan məhkəməsi Zurabişvilinin seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddiasını qəbul etməyib
Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində ümumi və gizli səsvermə prinsiplərinin pozulmasının tanınması tələbi ilə bağlı iddiasını qəbul etməyib.
Bu barədə məhkəmənin saytında məlumat verilib.
“1848 saylı konstitusiya iddiaları (prezidentin iddiası – red.) və 1849 saylı (Gürcüstan parlamentinin müxalifətçi deputatlarının iddiası – red.) mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyəcək”, - məhkəmənin bəyanatında deyilir. Bu barədə yerli “Batumelebi News” nəşri məlumat yayıb .
Bildirilib ki, qərar qətidir və yenidən baxıla bilməz.
Mövsüm
AzNews.az