Gürcüstanda polis müxalif “Axali” partiyasının lideri Qvaramiyanı saxlayıb

Gürcüstan polisi müxalif Axali partiyasının liderlərindən biri Nika Qvaramiyanı saxlayıb.

Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Bildirilib ki, siyasətçi orada aparılan axtarışlar zamanı partiyanın ofisinə daxil olmağa cəhd edib və hüquq-mühafizə orqanları əməkdaşları ilə münaqişə zəminində saxlanılıb.

Hazırda o, istintaq təcridxanasına aparılıb. Eyni zamanda partiyanın ərazisində axtarışlar davam etdirilib.

Mövsüm

AzNews.az