Paşinyan "Avrasiya"nı İrəvana qoymadı

Mən şəxsən özüm Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbəti sammitinin İrəvanda keçirilməsini məqsədəuyğun saymamışam.

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Aİİ-nin heç də bütün üzvləri Ermənistan üçün arzuolunan deyil”, - Paşinyan vurğulayıb.

Baş nazir hansı üzv ölkədən söhbət getdiyini isə konkretləşdirməyib.