- Ermənistan və Gürcüstan
- 5 Dekabr 15:58
- 3 454
"Gürcüstan Ukraynadan sanksiyalarla bağlı rəsmi məktublar almayıb"- Baş nazir
Gürcüstan hələ də Ukraynadan ölkə hakimiyyətinə qarşı sanksiyaların tətbiqi ilə bağlı rəsmi məktub almayıb, lakin bu vəziyyətin özü Kiyevdə hər şeyin yaxşı olmadığını göstərir.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Hələ ki, heç bir rəsmi bildiriş almamışıq. Sanksiyaların tətbiqi Ukraynanın çətin vəziyyətindən xəbər verir”, - deyə siyasətçi brifinqdə qeyd edib.
Bundan əvvəl, Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinin 19 nümayəndəsinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb . Məhdudiyyətlərə məruz qalanlar arasında baş nazir Kobaxidze, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Tbilisi meri Kaxa Kaladze, habelə bəzi hakimlər və Gürcüstan parlamentinin deputatları var.
Mövsüm
AzNews.az