Hollandiya Aİ-dən Gürcüstanla vizasız rejimi dayandırmağı xahiş edəcək

Hollandiya hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarının kütləvi saxlanması ilə əlaqədar Avropa İttifaqından (Aİ) Gürcüstanla vizasız rejimi dayandırmağı xahiş edəcək.

"Reuters" bu barədə Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkampın bəyanatına istinadən məlumat yayıb.

Veldkamp Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Maltada Brüsseldə çıxış etmək niyyətində olduğunu açıqlayıb.

Onun sözlərinə görə, belə bir xahişlə Hollandiya hakimiyyəti “Gürcüstan hökumətinə başa salmaq istəyir ki, onların seçdiyi yolun öz qiyməti var”.

Diplomat həmçinin ATƏT-dən Tbilisinin hərəkətləri ilə bağlı araşdırma aparmağı xahiş etmək istəyir.

Mövsüm

AzNews.az