Gürcüstanda Aİ tərəfdarlarının etirazı davam edir

Batumidə 11-ci gündə davam edən nümayişlərlə yanaşı, minlərlə insan gecə saatlarında yenidən paytaxt Tbilisidə parlament binası qarşısına toplaşaraq hökumətin qərarına bir daha reaksiya verib.

Nümayişçilər yeni il şənlikləri çərçivəsində bələdiyyə tərəfindən tikilməyə başlanan binanın tikintisinə etiraz ediblər.

Milad ağacının polad gövdəsinə etirazlar zamanı xəsarət alan jurnalistlərin, sənətçilərin, siyasətçilərin və etirazçıların fotoşəkilləri asılıb.

Bəzi nümayişçilər parlament binasına daş atıblar.

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze mətbuat konfransında Tbilisidə davam edən etirazlarda saxlanılanlarla bağlı açıqlama verib.

Noyabrın 28-dən bəzi şəxslərin parlament binasına və polisə qarşı zorakılıq hərəkətləri etdiyini deyən Daraxvelidze hadisələrdə 150 ​​polis əməkdaşının yaralandığını bildirib.

Davam edən etirazlarda bəzi jurnalistlərin yaralandığını, şəhərin infrastrukturunun zədələndiyini bildirən Daraxvelidze 400-dən çox adamın saxlandığını qeyd edib.

Tbilisidə keçirilən etiraz aksiyasına qatılan nümayişçilər saat 03:00 radələrində dağılışmağa başlayıb.

Mövsüm

Aznews.az