Britaniyanın Gürcüstanın daxili işlər nazirinə qarşı sanksiyaları münasibətlərə xələl gətirir — XİN

Böyük Britaniyanın Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmilərinə, o cümlədən nazir Vaxtanq Qomelauriyə qarşı sanksiyaları iki ölkə arasında dostluğa xələl gətirir.

Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Böyük Britaniyanın səfiri Qaret Uord ilə görüşündə deyib.

"Görüşdə gürcü tərəfi Böyük Britaniyanın gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahatlığını bildirib. Maka Boçorişvili bildirib ki, bu cür hərəkətlər iki ölkə arasında mövcud dostluğa xələl gətirir", - Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Boçorişvili Xarici İşlər Nazirliyinə çağırılan səfirə də deyib ki, “Gürcüstanda baş verən hadisələrin obyektiv və qərəzsiz qiymətləndirilməsi vacibdir”. Görüşün sonunda tərəflər Tbilisi ilə London arasında əməkdaşlığın əvvəlki səviyyəyə qayıdacağına ümidvar olduqlarını bildiriblər.

Mövsüm

Aznews.az