Lukaşenko Paşinyana barmaq silkələdi

Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.