- Ermənistan və Gürcüstan
- 30 Dekabr 2024 17:33
- 2 342
Ermənistanın keçmiş müdafiə naziri Moskvada polisə düşdü
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Bu barədə “Hayeli.am” ondan qısa açıqlama alıb.
A. Karapetyan deyib ki, Polis İdarəsində Ermənistan tərəfinin Rusiyaya göndərdiyi sənədlər əsasında izahat verib.
Xatırladaq ki, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan bu gün Moskvanın mərkəzində saxlanılıb.
Bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Qəzet yazıb ki, o öz ölkəsində "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Qulluq mövqeyindən sui-istifadə" və "Səlahiyyətlərindən sui istifadə edilməsi" maddələri ilə axtarışda olub.
AzNews.az