Ermənistan referendum keçirməlidir - Paşinyan

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında bildirib.

"Parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın Aİ-yə üzv olmaq niyyəti ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir", - o qeyd edib.

AzNews.az