Ağ Ev Mirzoyanı yalanladı

Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı “hazırda nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

Yada salaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Ermənistan-Amerika əməkdaşlığının artıq strateji xarakter daşıdığını bildirmiş, tərəflərin razılığı ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdan danışmışdı.

“Müvafiq sənəd və ya sənədlər müzakirə olunur, həmçinin Ermənistan və ABŞ rəsmiləri arasında görüşlər də planlaşdırılır”, - Mirzoyan əlavə etmişdi.

AzNews.az