"Ermənistan Konstitusiyasının yeni mətni hazırlanmalıdır" - Ermənistanın Ədliyyə naziri

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkə üçün yeni Konstitusiyanın mətninin hazırlanmasının zəruriliyini bəyan edib.

“Əvvəllər də dediyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni Konstitusiyanın mətnini hazırlamaqdır. Bütün səylərimiz bu prosesə yönəldilməlidir”, - erməni nazir yanvarın 14-də keçirdiyi mətbuat konfransında qeyd edib.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Bakının tələblərindən biridir. Rəsmi Bakı hesab edir ki, Ermənistanın Əsas Qanununda Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

AzNews.az