Papikyan: ABŞ və Fransa respublika ordusunda islahatlara yardım edir

ABŞ və Fransa Ermənistan ordusunda islahatlara yardım edir.

Bunu mətbuat konfransı zamanı Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan deyib.

“Ermənistan-Amerika əməkdaşlığı çərçivəsində təlimlər, məsləhətləşmələr keçirilir, serjant sistemində islahatlar aparılır. Biz əməkdaşlıqdan razıyıq: temp yaxşıdır, dinamika yaxşıdır”, - nazir bildirib.

Fransa ilə tərəfdaşlıq da eyni məcrada davam edir. Papikyan əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Mövsüm

Aznews.az