- Ermənistan və Gürcüstan
- 18:44
- 648
Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini Rusiya dövlət telekanalının efirində verdiyi açıqlamalarla əlaqədar çağırıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Proqramın 2025-ci il yanvarın 12-də buraxılması ilə əlaqədar. Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P. Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb”, - Ermənistan XİN-in saytında dərc olunan mesajda deyilir.
Ona etiraz notası verildiyi dəqiqləşdirilib.
Mövsüm
Aznews.az