Ermənistanda rus əsgərini öldürdülər - TƏCİLİ

Gümrüdə Rusiyanın 102-ci bazasının 23 yaşlı hərbçisinin meyiti tapılıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Faktla bağlı intihar maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hərbçinin adı və hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Onun meyitinin yaşadığı mənzildə asılmış vəziyyətdə tapıldığı bildirilir.

AzNews.az