- Ermənistan və Gürcüstan
- 11:06
- 1 406
Ararat Mirzoyan: Azərbaycanla münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlar davam edir
Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesində irəliləyiş məqsədilə aparılan danışıqlar davam edir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı deyib.
O bildirib ki, Ermənistanın mövcud mövqeyi dəyişməzdir:
"Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik. Bu, sülh müqaviləsinə, nəqliyyat kommunikasiyalarının açılmasına və sərhədlərin delimitasiyasına aiddir.
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində artıq müəyyən razılaşmalar və addımlar atılıb. Eyni zamanda, Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası mövzusunda da bizim möhkəm niyyətimiz var və bu prosesi davam etdirməyə hazırıq".
AzNews.az