- Ermənistan və Gürcüstan
- 19:52
- 1 252
"Cuvarlı döyüşü"ndə Azərbaycan ordusunun məhv etdiyi diviziya: Cəlal Arutyunyana 6 il iş verilir
Fevralın 6-da Ermənistanın "Sünik vilayət məhkəməsi"ndə prokuror “D-20 diviziyası” işi üzrə təqsirləndirilən "Artsax Müdafiə Ordusu"nun keçmiş komandiri Cəlal Arutyunyana 6 il həbs istəyib.
AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, bu barədə Cəlal Arutyunyanın vəkili Andranik Mnatsakanyan məlumat yayıb.
“Belə ağır cəza olmamalıdır, hökm verilərsə, ona etiraz edəcəyik”- deyə vəkil jurnalistlərə açıqlama verib.
Cəlal Arutyunyanın digər vəkili Arsen Sardaryan isə bildirib ki, məhkəmə sabah yekun qərar çıxaracaq.
İttihama görə, 2020-ci il oktyabrın 12-də "Müdafiə Ordusu"nun 8-ci əlahiddə motoatıcı briqadasının ("TsOR") artilleriya diviziyasının əsgərləri Füzulinin Cuvarlı kəndi yaxınlığında Azərbaycan ordusunun hücumuna məruz qalıblar. Bu zaman işğalçı erməni ordusunun diviziyasının 20 əsgəri ölüb, 7 nəfər artilleriya polkovnik-leytenantı, o cümlədən hərbi hissə komandiri yaralanıb.
Cinayət işinə görə, müzəffər Azərbaycan ordusunun ermənilərin “TsOR” hərbi hissəsinin D20 diviziyasına hücumu zamanı bölmənin komandirləri "Müdafiə Ordusunun artilleriya rəisi" Cəlal Arutyunyanın müavini Gennadi Baqdasaryanla əlaqə saxlayaraq ona məlumat veriblər, lakin Cəlal Arutyunyandan yanıldıcı cavablar alıblar.
2022-ci il sentyabrın 2-də Cəlal Arutyunyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb və onun "Baş Hərbi İnspektor" vəzifəsində fəaliyyəti dayandırılıb. Cəlal Arutyunyanun işində digər hal 2020-ci il oktyabrın 7 və 8-də Cəbrayıl-Horadiz istiqamətində ermənilərin uğursuz əks-hücumu ilə bağlı olub. Lakin bu hal üzrə cinayət təqibinə xitam verilib.
Xatırladaq ki, “D-20” diviziyası ilə bağlı Ermənistanda daha bir cinayət işi həmin bölmənin "qərargah rəisi" olmuş "mayor" Gevorq Gevorqyana açılıb.
AzNews.az