Gürcüstan XİN-dən Estoniyaya reaksiya: Bu dostluq münasibətlərinə tamamilə ziddir

Estoniyalı siyasətçilərin Gürcüstana hücumları yeni bir şey deyil və hakimiyyət ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edilə bilən bəyanatlar eşidir.

Bu barədə Dubaya səfəri zamanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib.

“Biz tez-tez ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qəbul edilə bilən bəyanatları eşidirik. Biz Gürcüstanın beynəlxalq aləmdə imicini gözdən salmaq məqsədi daşıyan bəyanatlar eşidirik və çox təəssüf ki, bizim Baltik dostlarımız bunu edirlər”, - deyə Gürcüstanın 1TV telekanalı siyasətçidən sitat gətirir.

Boçorişvilinin sözlərinə görə, eston siyasətçilərinin bəyanatları iki ölkə arasındakı dostluq münasibətlərinə tamamilə ziddir.

Mövsüm

Aznews.az