Ermənistandakı kilsədə partlayış baş verib, keşiş xəsarət alıb

Ermənistanın Qeqarkunik vilayətindəki Martuni şəhərinin kilsəsində partlayış olub.

Aznews.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, nəticədə kilsənin keşişi Akop Barseqyan xəsarət alaraq, paytaxt İrəvandakı xəstəxanaya təxliyə edilib.

Onun üz, eləcə də yuxarı və aşağı ətraflarından yanıqlar olduğu açıqlanıb.

Hadisənnin səbəbi bilinmir.