Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb

Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.