- Ermənistan və Gürcüstan
- 17 Fevral 22:13
- 4 197
Gürcüstan ABŞ-ə bənzər xarici agentlər haqqında yeni qanun layihəsi təqdim edəcək

Gürcüstan hakimiyyəti bu həftə parlamentə Amerika qanununa bənzər xarici agentlər haqqında qanun təqdim edəcək.
Bu barədə brifinqdə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Bu həftə qanun layihəsi təqdim olunacaq. O, Amerika dilindən sözbəsöz tərcümə olunacaq", - deyə məlumatda bildirilir.
O qeyd edib ki, qanun layihəsi ABŞ-də mövcud qanunun, FARA-nın (Xarici Agentlərin Qeydiyyatı Aktı) hərfi analoqu olacaq və bu, “xarici təsirin şəffaflığı qanunu” ilə bağlı hər hansı spekulyasiyanın qarşısını almağa xidmət edəcək.
Mövsüm
Aznews.az