- Ermənistan və Gürcüstan
- 19:23
- 1 101
Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda Azərbaycanla sülhün qeyri-mümkünlüyü iddiası ilə razı olmadığını açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə, o, türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
Paşinyan, sülhü görünməz etmək üçün davamlı olaraq süni pərdə yaratmaq cəhdi olduğunu qeyd edib: “Lakin reallıqda Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa mahiyyətcə razılaşıblar. Bu, üfüqdə görünməli olan reallıqdır. Üstəlik, bu fakt sülh sazişi layihəsinin razılaşdırılmış maddələrində bir daha təsdiqlənib. Bu yazılarda hər iki tərəfin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə tələblər irəli sürməmək üçün qarşılıqlı öhdəlik götürdükləri açıq şəkildə ifadə edilir”.