Ermənistan və Rusiya siyasi məsləhətləşmələr aparıb

Martın 20-də Moskvada Ermənistan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər.

Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı kontekstində bütün səviyyələrdə siyasi dialoqun vacibliyi vurğulanıb.

Ermənistan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az