- Ermənistan və Gürcüstan
- 22 Mart 15:55
- 2 443
Eçməzdinin merinin obyektində atışma

Ötən gecə Ermənistanın Eçməzdin vilayətindəki maye qaz doldurma məntəqəsində atışma olub.
APA-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, nəticədə bir nəfər aldığı güllə yaralarından ölüb.
Ölənin 36 yaşlı Armavir sakini Artur Paronyan olduğu açıqlanıb.
O da məlum olub ki, hadisənin baş verdiyi obyekt Eçməzdinin meri Diana Qasparyanın ərinə məxsusdur.
AzNews.az