- Ermənistan və Gürcüstan
- 25 Mart 16:05
- 1 386
Nikol Paşinyan Abbas Əraqçi ilə ikitərəfli və regional məsələləri müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.
Məlumatı xarici KİV yayıb.
Bildirilib ki, baş nazir və XİN başçısı ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər.
Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib. (report)