- Ermənistan və Gürcüstan
- 31 Mart 22:22
- 6 667
Türk blogerin yayımladığı videodan sonra Ermənistanda cinayət işi açılıb

Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başladılıb.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O həmçinin Azərbaycan torpağında olduğunu deyib.
Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.